XƏBƏRDARLIQ: DYP cərimələrində “35% endirim” tələsi – VİDEO

XƏBƏRDARLIQ: DYP cərimələrində “35% endirim” tələsi – VİDEO

Hazırda oxunan: XƏBƏRDARLIQ: DYP cərimələrində “35% endirim” tələsi – VİDEO
612286
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

DYP cərimələrini 35 faiz endirimlə ödə... Qarşınıza çıxan belə paylaşımlara aldanmayın.

Onlayn platformalarda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin guya endirimlə ödənilməsi ilə bağlı müxtəlif paylaşımlar yayılır.

Bizim.Media xəbər verir ki, həmin səhifələri idarə edən şəxslər bildirirlər ki, yol hərəkəti qaydalarını pozmağa görə gələn cərimlərin məbləğində guya endirim etmək mümkündür.
 

Apardığımız müşahidələr göstərir ki, belə saxta paylaşımlara inanların sayı az deyil. Bəzi hallarda vətəndaşlar göstərilən kart hesablarına pul köçürsələr də, cərimələr təbii ki, silinmir. Buna baxmayaraq, yenidən həmin dələduzların kartına köçürmə edənlər olur.


Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, qeyd olunan internet səhifələrinin rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər də vətəndaşları diqqətli olmağa çağırır. Bildirilir ki, bu kimi halların məqsədi vətəndaşları aldadaraq maddi və şəxsi məlumatlarını ələ keçirməkdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO