Qadınlara TÖVSİYƏ - Bu bürcün kişilərindən UZAQ DURUN!

Qadınlara TÖVSİYƏ - Bu bürcün kişilərindən UZAQ DURUN!

Hazırda oxunan: Qadınlara TÖVSİYƏ - Bu bürcün kişilərindən UZAQ DURUN!

612160

Son dövrlərdə sosial şəbəkələrdə ən çox istifadə olunan ifadələrdən biri də “red flag” anlayışıdır. Bu ifadə münasibətlərdə və ya insan davranışlarında gələcəkdə problem yarada biləcək təhlükəli xüsusiyyətləri ifadə etmək üçün işlədilir.

Astroloqların fikrincə, bəzi bürc kişiləri xarakterlərinə görə münasibətlərdə daha çox “red flag” hesab oluna bilir. Bu isə onların qısqanclıq, aqressiya, dəyişkən davranış və ya həddindən artıq eqolu olmaları ilə əlaqələndirilir.

Bizim.Media həmin 5 bürcü təqdim edir:

Əqrəb bürcü

Bu bürcün kişiləri çox qısqanc və nəzarətçi olduqları üçün siyahının ilk sıralarında göstərilir. Onlar münasibətdə qarşı tərəfi daim yoxlamağa meyilli ola bilirlər.

Əkizlər bürcü

Əkizlər dəyişkən xarakterləri ilə diqqət çəkirlər. Bir gün çox maraqlı və diqqətli davranıb, növbəti gün tamamilə uzaqlaşmaları qarşı tərəfdə güvənsizlik yarada bilər.

Qoç bürcü

Qoç bürcünün kişiləri emosiyalarını ani yaşadıqları üçün tez əsəbiləşə və münasibətdə dominant davranmağa çalışa bilirlər. Bu xüsusiyyət bəzən konfliktlərə səbəb olur.

Dolça bürcü

Bu bürcün kişiləri azadlıqlarına həddindən artıq bağlı olduqları üçün ciddi münasibətlərdə məsafəli görünə bilirlər. Hisslərini açıq ifadə etməmələri də tez-tez şikayət olunan məqamlardandır.

Şir bürcü

Onlar isə diqqət mərkəzində olmağı sevdikləri üçün bəzən eqolu davranışları ilə seçilirlər. Daim diqqət gözləmələri və haqlı çıxmaq istəkləri münasibətdə problemlər yarada bilər.

Astroloqlar qeyd edir ki, bürclər yalnız ümumi xarakter xüsusiyyətlərini göstərir və hər insan fərdi davranışları ilə seçilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO