Bu marşrutların hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bu marşrutların hərəkət sxemi dəyişdirildi – SİYAHI

Hazırda oxunan: Bu marşrutların hərəkət sxemi dəyişdirildi – SİYAHI

612086

Bakıda 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
 

Məlumata görə, paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zulalov küçəsinədək) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək) 9-11 may tarixlərində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.


Məhdudiyyət səbəbindən 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.
39, 77, 96, 165 və 205 nömrəli marşrutlar alternativ olaraq Nazim Hikmət küçəsi və Mətbuat prospekti, 61 və 88A nömrəli marşrutlar isə Azadlıq prospekti ilə hərəkət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO