İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

Hazırda oxunan: İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

612061

İnsanın ölümdən bir neçə dəqiqə əvvəl eşitdikləri alimləri heyrətləndirib.

Bizim.Media xəbər verir ki, yeni məlumatlar həyat və ölüm arasındakı sərhəd haqqında anlayışımızı alt-üst edir və bizi şüurun həqiqətən harada bitdiyini yenidən düşünməyə məcbur edir.

"Nəticələrimiz göstərir ki, beyin əvvəllər düşünüləndən daha aktiv və bacarıqlıdır. Xəstələr tam anesteziya edildikdə belə, onların beyni ətrafdakı dünyanı emal etməyə davam edir", - deyə Dr. Samir Şet bildirib.
 

Şüur pərdəsinin arxasına baxmaq üçün tədqiqatçılar əməliyyat zamanı ümumi anesteziya keçirən xəstələrin beyin fəaliyyətini qeydə alıblar. Onlar beynin yaddaş və informasiya emalından məsul olan bir bölgəsi olan hipokampusa diqqət yetiriblər.


Xəstələrə qısa hekayələr və səs ardıcıllığı səsləndirilib. Nəticələr həkimləri heyrətləndirıb:

hipokampusdakı neyronlar sadəcə səs-küyə cavab verməklə kifayətlənməyib, həm də müəyyən isimləri, feilləri və sifətləri real vaxt rejimində ayırd edib. Bundan əlavə, beyin cümlələrdəki növbəti sözləri proqnozlaşdıra bilib.

"Bu cür proqnozlaşdırıcı kodlaşdırma adətən diqqətlilik və ayıqlıqla əlaqələndirilir, lakin burada şüuraltı vəziyyətdə baş verir"- deyə Dr. Benjamin Hayden qeyd edir.

Bu tapıntılar Nyu-York Universitetinin Langone Tibb Məktəbində Dr. Sam Parnianın genişmiqyaslı tədqiqatını əks etdirir. O, ürək dayanmasından sağ çıxan və sözün əsl mənasında "ölümdən qayıdan" xəstələrin hallarını araşdırıb. (medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO