Son bir həftədə təbiətə 150 minə yaxın ziyan vuruldu

Son bir həftədə təbiətə 150 minə yaxın ziyan vuruldu

Hazırda oxunan: Son bir həftədə təbiətə 150 minə yaxın ziyan vuruldu

612007

Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
 

Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Gəncə şəhərləri, Zaqatala, Qax və Qəbələ rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.


Araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 22 ünvanında, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1176-cı məhəllədə, Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsi 3166-cı məhəllədə, Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində, Xəzər rayonu Şağan qəsəbəsində, Gəncə şəhəri Mübariz İbrahimov küçəsində, Zaqatala rayonu Əliabad qəsəbəsində, Qax rayonu Əlibəyli kəndində, Qəbələ rayonu Tüntül kəndi və Nic qəsəbəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO