Ağababa İsgəndərovun 100 yaşı tamam oldu – FOTO

Ağababa İsgəndərovun 100 yaşı tamam oldu – FOTO

Hazırda oxunan: Ağababa İsgəndərovun 100 yaşı tamam oldu – FOTO

611996

İkinci Dünya müharibəsi iştirakçısı Ağababa İsgəndərovun 100 yaşı tamam olub.

Bizim.Media xəbər verir ki, bu münasibətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov onu ziyarət edib.

Onun bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacağını bildirib.

Qeyd edək ki, müharibə zamanı Berlin uğrunda gedən döyüşlərdə yaralanan A.İsgəndərova sonralar II dərəcə əlillik təyin olunub. O, aylıq sosial ödənişlərlə təmin edilir.
 

Hər il İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla ona da birdəfəlik maddi yardım ödənilir.


Həmçinin dövlət tərəfindən 3 otaqlı mənzillə və avtomobillə təmin olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO