DİQQƏT! Bakının bəzi ərazilərində işıq olmayacaq

DİQQƏT! Bakının bəzi ərazilərində işıq olmayacaq

Hazırda oxunan: DİQQƏT! Bakının bəzi ərazilərində işıq olmayacaq

611982

Mayın 9-da Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq yarımstansiyada təmir-təftiş işləri aparılacaq.

"Azərişıq"dan Bizim.Media-ya verilən məlumata görə, yenidənqurma işi ilə əlaqədar saat 01:00-dan 04:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış massivləri, Biləcəri qəsəbəsi Məmədoğlular, M. Aslanov, 10 May küçələri, eləcə də DSK yolu adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO