Həmin azərbaycanlı ailəyə azyaşlı uşaqları qaytarıldı – FOTO

Həmin azərbaycanlı ailəyə azyaşlı uşaqları qaytarıldı – FOTO

Hazırda oxunan: Həmin azərbaycanlı ailəyə azyaşlı uşaqları qaytarıldı – FOTO

611921

Ötən il xaricdə yaşayan Azərbaycan vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın əllərindən alınan 2 övladı - Dəniz və Araz Abdullayevlər ailəyə qaytarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gültac Abdullayeva sosial şəbəkə hesabında məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Fransa ailəsindən alınan azərbaycanlı uşaqları Almaniyaya QAYTARDI


O, təxminən 1 ildir davam edən məhkəmə prosesində hər şeyin sübut olunduğunu, uşaqları geri aldıqlarını bildirib: “Məhkəmədə hər şey aydın oldu və uşaqlarımıza qarşı heç bir şiddət olmadığı sübut edildi. Yaşananların böyük bir yanlış anlaşılmadan ibarət olduğu ortaya çıxdı. Şükürlər olsun ki, bu gün balalarımızı yenidən qucağımıza aldıq”.

G.Abdullayeva bu məsələdə onların hüquqlarını Almaniyada yaşayan azərbaycanlı vəkilin müdafiə etdiyini sözlərinə əlavə edib.

Xatırladaq ki, ailə ötən il avqustun 6-sı ailə birdəfəlik Azərbaycana qayıtmaq üçün yola çıxıb. Bu zaman Paris Hava Limanında polis əməkdaşları onlara yaxınlaşaraq uşaqları əllərindən alıblar.

Daha sonra Azərbaycanın Fransadakı səfirliyi məlumat yayararaq uşaqların Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə geri qaytarıldığını bildirmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO