Fransa ailəsindən alınan azərbaycanlı uşaqları Almaniyaya QAYTARDI

Fransa ailəsindən alınan azərbaycanlı uşaqları Almaniyaya QAYTARDI

Hazırda oxunan: Fransa ailəsindən alınan azərbaycanlı uşaqları Almaniyaya QAYTARDI
265870
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın 2 övladının qəyyumluğunun valideynlərdən alınması ilə bağlı Almaniya məhkəməsinin qərarına uyğun olaraq, Fransa tərəfi ərazisində müvəqqəti saxladığı azyaşlı uşaqlar Abdullayev Dəniz Məhəmməd oğlunun və Abdullayev Araz Məhəmməd oğlunun Almaniya tərəfinə geri qaytarılmasına razılıq verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycanın Fransadakı səfirliyi məlumat yayıb.

Həmin uşaqlar avqustun 18-də Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə geri qaytarılıb.
 

Almaniyada dünyaya gələn iki azyaşlının valideynlərinə qaytarılması üçün bundan sonrakı mərhələdə bu ölkənin hüquqları müstəvisində müvafiq tədbirlər görüləcək.


Hazırda həm Azərbaycanın müvafiq diplomatik nümayəndəliyi, həm də Diaspor ilə İş üzrə Dövlət Komitəsi vasitəsilə vətəndaşlara hüquqi dəstək göstəriləcək.
 

Yaranmış vəziyyətlə əlaqədar olaraq, Azərbaycanın vətəndaşlarına bir daha müraciət edərək, xarici ölkələrdə belə hallarla üzləşdikləri zaman dərhal Azərbaycanın bu ölkədəki səfirliyinə xəbər verilməsi xahiş edilir.


Səfirliyin məsələ ilə bağlı əvvəlcədən məlumatlı olması vaxtında tədbirlərin görülməsinə və hadisələrin arzuolunmaz istiqamətdə inkişafının qarşısının alınmasına imkan yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO