Ağamirzə Rəşad Dağlının azadlığa çıxdığını deyib? - Özündən açıqlama

Ağamirzə Rəşad Dağlının azadlığa çıxdığını deyib? - Özündən açıqlama

Hazırda oxunan: Ağamirzə Rəşad Dağlının azadlığa çıxdığını deyib? - Özündən açıqlama

611775

Meyxanaçı Ağamirzə Məmmədov hazırda həbsdə olan Rəşad Dağlının azadlığa çıxması ilə bağlı sosial şəbəkələrdə onun adından yayılan fikirlərə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, o, “qaynarinfo.az” açıqlamasında bu barədə danışıb.

Ağamirzə Məmmədov bildirib ki, Rəşad Dağlının azadlığa çıxması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir:

"Rəşad həbsdədir. Düzdür, mən belə bir fikir səsləndirmişəm. Amma onu Rəşad Dağlının deyil, illər öncə iş adamı Mübariz Mənsimov azadlığa çıxan vaxtı demişəm. Mübariz Mənsimov azadlığa çıxanda dedim ki, qardaşımız azadlıqdadır. Kimlərsə Mübarizin adını kəsib, onun yerinə Rəşad Dağlının adını qoyublar".

Qeyd edək ki, sosial şəbəkələrdə Rəşad Dağlının azadlığa çıxması ilə bağlı məlumat paylaşılır. Belə ki, Ağamirzə Məmmədovun "qardaşımız azadlıqdadır" fikirləri paylaşılır. İzləyicilər isə bunu Rəşad Dağlının azadlığa çıxması kimi qələmə verir.

Xatırladaq ki, meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirməkdə təqsirləndirilib. Meyxanaçı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO