Rəşad Dağlı azadlığa buraxılıb? – AÇIQLAMA/VİDEO

Rəşad Dağlı azadlığa buraxılıb? – AÇIQLAMA/VİDEO

Hazırda oxunan: Rəşad Dağlı azadlığa buraxılıb? – AÇIQLAMA/VİDEO
611732
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkələrdə meyxanaçı Rəşad Dağlının azadlığa çıxması barədə məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, “Tiktok”da yayılan videoda meyxanaçı Ağamirzənin çıxışı paylaşılıb.

Videoda “Çox sağ olun, hamınız dua etdiniz, şükür Allaha qardaşımız azadlıqda” dediyi eşidilir.

Videoda R.Dağlının fotosu yerləşdirilib və onun azadlığa çıxdığı iddia edilir.

Videonun ilk baxışdan saxta olunduğu hiss edilsə də, çox sayda sosial şəbəkə istifadəçisi xəbərin həqiqi olduğuna inanıb.

Rəşad Dağlının bibisi qızı, jurnalist Könül Aypara Ölkə.Az-a açıqlamasında məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

O, bəzi sosial şəbəkə səhifələrinin reytinq xatirinə tez-tez bu cür yalan məlumatlar paylaşdığını söyləyib.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO