Vəfa Mustafayev vəfat ETDİ

Vəfa Mustafayev vəfat ETDİ

Hazırda oxunan: Vəfa Mustafayev vəfat ETDİ

611689

Fransadakı Azərbaycan diasporunun fəal üzvü, tanınmış alim Vəfa Mustafayev vəfat edib.

Bizim.Media xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1938-ci ildə Bakıda anadan olan Vəfa Mustafayev orta və ali təhsilini doğma şəhərində alıb.
 

Daha sonra Fransaya köçən soydaşımız burada diaspor fəaliyyətinə fəal qoşularaq Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüb. 


Vəfa Mustafayev uzun illər Parisdə UNESCO-nun mənzil qərargahında çalışıb, qurumun Asiya şöbəsinin rəhbəri və layihə koordinatoru vəzifələrində fəaliyyət göstərib.

Azərbaycanın gənc istedadlarının UNESCO platformalarında tanıdılmasına, ölkəmizlə UNESCO arasında əlaqələrin möhkəmlənməsinə və elmi diasporun inkişafına mühüm töhfələr verib. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO