Hər 20 nəfərdən 1-də olan XƏSTƏLİK – Valideyndə varsa, övlada da KEÇƏ BİLƏR

Hər 20 nəfərdən 1-də olan XƏSTƏLİK – Valideyndə varsa, övlada da KEÇƏ BİLƏR

Hazırda oxunan: Hər 20 nəfərdən 1-də olan XƏSTƏLİK – Valideyndə varsa, övlada da KEÇƏ BİLƏR

611561

Bəzən insan səbəbini tam anlaya bilmədiyi bir ağırlıq hiss edir. Hər şey ona normal görünsə də, düşdüyü depressiya tam əksini deyir. Bəzi insanlar stressə qarşı daha həssasdır, depressiyaya meyillidir. Bunun əksinə bəzi insanlar isə eyni vəziyyətdə daha təmkinli qala bilir, problemin psixoloji təsirindən tez çıxa bilirlər.

Bu hallar sadəcə bizdən asılıdır, yoxsa bizdən əvvəl başlayan bir hekayənin psixoloji davamıdır? Bir sıra genetik xəstəliklərə ağır depressiya da daxildirmi?

Psixiatr Fuad Bəşirov Bizim.Media-ya açıqlamasında bildirdi ki, depressiya genetikadan asılı ola bilir:

“Psixiatrik xəstəliklərin əksəriyyəti, eyni zamanda depressiya da genetik faktorlarla əlaqəlidir. Təbii ki, bizim üçün  hekayə çox önəmlidir. Psixiatrik xəstəlik yarananda ailədə də bu hal varsa, içilən dərmanlara, müalicəyə diqqət edirik. Ancaq bu o demək deyil ki, valideynlərdə depressiya varsa, uşaqlarda da olacaq. Burada üç faktor rol oynayır: genetika, xasiyyət və ətraf mühit. Bu üçündə olan dəyişmələr fonunda depressiya yaranır”.

Bəs, xəstənin ailəsinin psixoloji keçmişi necə öyrənilir? Müalicə mərhələsində genetik psixoloji problemlər araşdırılmalıdırsa, bu məlumatlara çıxış əldə etmək mümkündür?

Fuad Bəşirovun sözlərinə görə, xəstələrin qeydiyyatı sistem üzərindən olmadığından həkimlər üçün əlçatan deyil:
 

“İnkişaf etmiş ölkələrdə ixtisaslı həkimlər vahid platforma üzərindən bütün insanların xəstəlik tarixçəsinə baxa bilir. Bu sistem bizim ölkədə də qurulub və sığorta başlayandan etibarən var. Psixiatrik xəstəliklər üçün isə sığorta təmin olunmadığından qeydiyyat xəstəxanalarda şəxsi sənədlərdədir, vahid sistemdə deyil. Yəqin ki, gələcəkdə psixiatriya da sığortaya daxil olar. Biz də onları qeyd edə bilərik. Belə halda vətəndaşlar üçün xidmət almaq daha rahat olar və qeydiyyat məsələləri həkim üçün də əlçatan olar”.


Psixiatr son olaraq qeyd etdi ki, psixiatrik və ankoloji xəstəliklər də daxil olmaqla sığortanın tibbin bütün sahələrini əhatə etməsi məqsədəuyğundur.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 332 milyon insan depressiyadan əziyyət çəkir. Başqa sözlə, hər 20 nəfərdən təxminən 1-i depressiya yaşayır.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO