Ötən ay 79 nəfər zəhərlənib, 5-i dünyasını dəyişib – RƏSMİ

Ötən ay 79 nəfər zəhərlənib, 5-i dünyasını dəyişib – RƏSMİ

Hazırda oxunan: Ötən ay 79 nəfər zəhərlənib, 5-i dünyasını dəyişib – RƏSMİ
611004
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2026-cı ilin aprel ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 79 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

Bu barədə Bizim.Media-ya KTM-dən məlumat verilib.

Bildirilib ki, müalicə tədbirləri nəticəsində 74 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

"Pasiyentlərdən 31 nəfər dərman preparatlarından, 5 nəfər siçan dərmanından (rodentisid), 19 nəfər sirkə turşusundan, 1 nəfər yandırıcı məhluldan, 3 nəfər yeyici məhlullardan, 3 nəfər həşərat dərmanından, 3 nəfər ilan sancmasından, 6 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 3 nəfər anafilaktik şokdan, 3 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.
 

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 5 nəfərin (1 qadın və 4 kişi) həyatını xilas etmək mümkün olmayıb.


Ölüm hallarının əsas səbəbləri spitli içki, fosfor üzvi birləşmə və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO