30 ilə hamımız Çin dilində danışacağıq - Nazir

30 ilə hamımız Çin dilində danışacağıq - Nazir

Hazırda oxunan: 30 ilə hamımız Çin dilində danışacağıq - Nazir

610992

İtaliyanın baş nazirinin müavini, nəqliyyat naziri və “Liqa” partiyasının lideri Matteo Salvini Çinin texnoloji inkişafı fonunda yaxın 30 ildə dünyada çin dilinin geniş yayılacağını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Breitbart” nəşri məlumat yayıb.

Salvini bildirib ki, o, fəaliyyəti çərçivəsində Çinin əldə etdiyi nailiyyətləri yaxından izləyir. Onun sözlərinə görə, bu ölkədə hər il təxminən 2 milyon mühəndis ali təhsil müəssisələrini bitirir.

“Bu səbəbdən 30 ildən sonra hamımızın çin dilində danışa biləcəyimiz ehtimalı təəccüblü deyil”, – deyə o vurğulayıb.

Nazir qeyd edib ki, Pekin yaxın illərdə 48 min kilometr yüksək sürətli dəmir yolu xətti inşa edə bilər, 2035-ci ilə qədər isə bu göstəricini 60 min kilometrə çatdırmaq potensialına malikdir. O əlavə edib ki, İtaliya hazırda bu sahədə 2 min kilometrlik göstəriciyə nail olmaq üçün çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO