"Ləman deyir ki, anamı harada itirdiyimi bilmirəm, kaş mən də ölərdim" — VİDEO

"Ləman deyir ki, anamı harada itirdiyimi bilmirəm, kaş mən də ölərdim" — VİDEO

Hazırda oxunan: "Ləman deyir ki, anamı harada itirdiyimi bilmirəm, kaş mən də ölərdim" — VİDEO

610987

2025-ci ilin noyabr ayında paytaxtın Yasamal rayonunda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin anası Mayquba Hümbətova qızı ilə bağlı xatirələrini bölüşüb.

Bizim.Media xəbər verir ki, o, Baku TV-nin "Arzunun vaxtı" verilişində qızı barədə danışıb.

Mərhumun anası bildirib ki, Könül Vəlibəyli çox mehriban, xeyirxah insan idi:

"Mərd qız idi. Hər sirrini mənimlə bölüşürdü. Kirayə pulunu, əməkdaşların maaşını verməkdə çətinlik çəkəndə, parçaları almağa pulu olmayanda bəzən məndən kömək istəyirdi. Nə gəliri var idisə, hamısını milli geyimlərin hazırlanmasına xərcləyirdi".

M.Hümbətova qızının həlak olduğu yanğından da söz açıb:

"Həmin gün mən də öldüm. Nəvəm Ləman dedi ki, qışqırıq səsləri eşidib pəncərədən baxıblar. Daha sonra qapının altından içəri qoxu gəlib. Çantalarını götürüb, ağızlarına da dəsmal tutub evdən çıxıblar. Harada yıxıldıqları yadında deyil. Ləman deyir ki, anamı harada itirdiyimi bilmirəm, kaş mən də ölərdim".

Daha ətraflı videoda:

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO