Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Hazırda oxunan: Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

610667

TƏBİB Ağdamda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyətini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidməti məlumat verib.

Bildirilib ki, Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3 kişi, 1 qadın) 01.05.2026-cı il tarixində saat 20:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib:

"Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO