Sadiq Axundov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Sadiq Axundov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Sadiq Axundov yüksək vəzifəyə TƏYİN EDİLDİ

610597

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinat olub.

AMB-dən Bizim.Media-ya verilən məlumata görə, Sadiq Fərhad oğlu Axundov mayın 1-dən etibarən baş direktor təyin edilib.

Bununla da AMB-nin baş direktorlarının sayı 10-a çatıb.
 

Qeyd edək ki, Sadiq Axundov əmək fəaliyyətinə 2009-cu ildən “Azəriqazbank”da müxtəlif vəzifələrdə, o cümlədən Proqram təminatlarının və platformaların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində işləyib.


2017-2019-cu illərdə “Amrahbank”ın Məlumat bazası və proqramlaşdırma şöbəsinin rəisi, 2019-2024-cü illərdə “ZiraatBank Azərbaycan”nın İnformasiya texnologiyaları departamentinin direktoru olub. 2024-cü ildən Mərkəzi Bankda Sədrin ofisi departamentinə məsləhətçi təyin edilib. Yeni vəzifəsinə qədər AMB-nin İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru olaraq çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO