Gömrükdə qida məhsulları ilə bağlı YENİLİK

Gömrükdə qida məhsulları ilə bağlı YENİLİK

Hazırda oxunan: Gömrükdə qida məhsulları ilə bağlı YENİLİK

610510

Gömrük buraxılış məntəqələrində qida məhsulları ilə bağlı yenilik tətbiq olunacaq.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
 

Mövcud qanunvericiliyə görə, bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər.


Layihədə isə təklif olunur ki, maddəyə yeni əlavələr edilsin.

Bildirilir ki, təklif qəbul ediləcəyi təqdirdə qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar, onların üzərində sərəncam vermək hüququ əldə etmək üçün "Qida təhlükəsizliyi haqqında" Qanununa uyğun olaraq qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti tədbirlərinə cəlb olunacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO