Min manat borca görə ölkədən çıxışa “stop” qoyulur?

Min manat borca görə ölkədən çıxışa “stop” qoyulur?

Hazırda oxunan: Min manat borca görə ölkədən çıxışa “stop” qoyulur?

610147

“Dövlət qurumunun sahibkarın fəaliyyətini 1 ay müddətində yoxlaması heç də arzuolunan hal deyil”.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı bildirib.
 

“Layihəyə əsasən, kameral və səyyar auditlərin aparılması nəzərdə tutulur. Səyyar gömrük auditi 20 iş günü müddətində aparılır. Əlavə araşdırma tələb olunduqda gömrük orqanının əsaslandırılmış qərarı ilə səyyar gömrük auditinin aparılması müddəti 30 iş gününədək artırıla bilər.


Proseslərin və sənədlərin əsaslı şəkildə elektronlaşdırıldığını nəzərə alsaq, 20 iş günü kifayət qədər uzun müddətdir. 20 iş günü təxminən bir ay deməkdir. Ona görə bu müddətə baxılıb azaldılmasına ehtiyac var.

Həmçinin, xarici ticarət iştirakçısının borcu onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcək. Layihə borc məbləğlərində minimum hədlər müəyyənləşdirmir. Burada xüsusi meyara ehtiyac var və minimum əmək haqqı məbləği ilə əlaqələndirilə bilər. Məsələn, min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO