Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları SAXLANILDI

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları SAXLANILDI

Hazırda oxunan: Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları SAXLANILDI

610066

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yeri müəyyən olunub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
 

Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Muraz Qurbanovun Birləşmiş Ərəb Əmirliklərində, Suraxanı RPİ tərəfindən axtarışda olan Əlağa İsmayılovun Ukraynada, Sumqayıt ŞPİ tərəfindən axtarışda olan Elmir Nuriyevin isə Almaniya Federasiyasında olması müəyyən edilərək İnterpol kanalları vasitəsilə saxlanılıblar.


DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxslərin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO