ABŞ-ın ən yaşlı kişisi hesab edilən 111 yaşlı Luis Kano uzunömürlülüyünün sirrini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Kolumbiyada doğulan və hazırda Nyu-Cersi ştatının Linden şəhərində yaşayan Kano üç sadə qaydaya əməl etdiyini bildirib.
“Çox içməyin, yaxşı yatın və siqaret çəkməyin”, - deyə o qeyd edib.
1914-cü il dekabrın 9-da anadan olan Luis Kano 10 övlad atasıdır. Onun yaşı uzunömürlülük rekordlarını izləyən “LongeviQuest” təşkilatı tərəfindən təsdiqlənib. Təşkilata görə, o, ABŞ-da yaşayan ən yaşlı kişi hesab olunur.
Kano mənalı həyat üçün daha bir məsləhət də verib: “Özünüzü yaxşı aparın”.
Bizim.Media

































































































