Yeni seysmik xəritə BU rayonları ƏHATƏ edəcək

Yeni seysmik xəritə BU rayonları ƏHATƏ edəcək

Hazırda oxunan: Yeni seysmik xəritə BU rayonları ƏHATƏ edəcək

609831

“Yaxın zamanda yeni seysmik xəritələr hazırlanacaq və həmin xəritələr Bakı, Sumqayıt və Abşeron rayonlarını əhatə edəcək”.

Bizim.Media xəbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Adil Abdullayev "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda keçirilən Respublika Elmi Konfransında deyib.

Adil Abdullayev qeyd edib ki, ölkəmiz seysmik cəhətdən aktiv zonada yerləşir. Müasir dövrdə seysmik risklərin qiymətləndirilməsi daha da aktuallaşıb:

“Bunun əsas səbəbləri arasında urbanizasiyanın sürətləndirilməsi, əhalinin sıxlığının artması, çoxmərtəbəli binaların geniş yayılması xüsusi yer tutur. Xüsusilə Abşeron yarımadası və Bakı şəhərinsə risk yüksəkdir. Bu baxımdan seyamik riskin azaldılması istiqamətində kompleks işlərin aparılması vacibdir”.

Naibə Məmmədova, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO