May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

Hazırda oxunan: May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK
609198
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

May ayında planlarını indidən quranlar üçün təqvimdəki qırmızı rəngli günlərin sayı kifayət qədər çoxdur. Bu ay həm yaz tətili, həm də ardıcıl gələn bayramlar səbəbindən iş qrafikində dəyişikliklər olacaq.

Bizim.Media xəbər verir ki, Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə 1-5 may tarixləri əvəzinə tətil ayın 18-dən 22-dək müəyyən edilib.
 

Beşgünlük iş həftəsi ilə çalışanlar üçün ayın şənbə və bazar günləri, yəni 2, 3, 10, 16, 17, 23, 24, 30 və 31 may tarixləri növbəti istirahət imkanlarıdır. Faşizm üzərində Qələbə Günü olan 9 may şənbəyə təsadüf etdiyi üçün qanunvericiliyə uyğun olaraq 11 may bazar ertəsi də qeyri-iş günü sayılacaq.


Ayın sonunda isə vətəndaşları daha uzunmüddətli istirahət gözləyir. 27 may Qurban bayramının ilk günü qeyd olunacaq.

Mayın 28-i həm Müstəqillik Günü, həm də Qurban bayramının ikinci günü olduğu üçün iş günlərinin yerində dəyişiklik edilib.

Nəticədə 29 may da istirahət günü kimi təqvimə daxil edilib. Beləliklə, mayın son həftəsində ardıcıl bir neçə gün iş olmayacaq. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO