Gəncədə iki nəfər dərmandan zəhərlənib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 23.04.2026-cı il tarixdə saat 23:00 radələrində zəhərlənmə şübhəsilə 1 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub:
“Dərman vasitələrindən zəhərlənmə diaqnozu təyin olunan 1985-ci il təvəllüdlü pasiyentə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb. Həkim heyəti tərəfindən daha bir nəfər, 1958-ci il təvəllüdlü şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb” - deyə məlumatda bildirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:51 / 24.04.2026
Gəncədə dərmandan ZƏHƏRLƏNMƏ – Ölən var
Hazırda oxunan: Gəncədə dərmandan ZƏHƏRLƏNMƏ – Ölən var
Hazırda oxunan: Gəncədə dərmandan ZƏHƏRLƏNMƏ – Ölən var
609074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































