Beynəlхalq axtarışda olan 2 nəfər Rusiyadan Azərbaycana GƏTİRİLDİ

Beynəlхalq axtarışda olan 2 nəfər Rusiyadan Azərbaycana GƏTİRİLDİ

Hazırda oxunan: Beynəlхalq axtarışda olan 2 nəfər Rusiyadan Azərbaycana GƏTİRİLDİ

608831

Beynəlхalq axtarışda olan daha 2 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
 

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları Göylərov Şəhruddin Süleymanoğlu və Ələsgərov Elşad Adil oğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.


Salyan Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə Şəhruddin Göylərov yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət əməlini törətməkdə təqsirləndirilərək məhkəmədən yayınmaqla gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Sumqayıt Şəhər Polis İdarəsində istintaq olunan cinayət işi üzrə Elşad Ələsgərovun 15 000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Hər iki şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Hazırda qeyd olunan şəxslərlə bağlı müvafiq prosessual tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO