“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində

“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində

Hazırda oxunan: “ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində

608611

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyası (UNESCAP) çərçivəsində “İnklüziv xidmətlərin göstərilməsində innovativ yanaşmalar: sosial innovasiya vasitəsilə transformativ təsirin gücləndirilməsi” mövzusunda tədbir təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbir Komissiyanın Sosial İnkişaf Bölməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Çin Əlillər Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunub.
 

Məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində vətəndaş iştirakı, əlçatanlıq və inklüzivlik əsasında qabaqcıl təcrübə və əldə olunmuş nəticələri paylaşmaq, eləcə də müvafiq sahələr üzrə yeni yanaşmalar barədə fikir mübadiləsi aparmaq olub.


Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev tədbirdə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən işlər barədə onlayn formada geniş təqdimat edib.

Tədbir çərçivəsində “DOST” Agentliyinin nümayəndəsi ölkəmizin “DOST” konsepsiyası barədə geniş təqdimat edib. Eləcə də Çin Xalq Respublikasının, Türkiyə Respublikasının, Tayland Krallığının və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının aidiyyəti üzrə fəaliyyət göstərən nümayəndələri müvafiq sahə üzrə həyata keçirilən layihələr barədə çıxış ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO