Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır - Böyük Dəbilqədə 

Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır - Böyük Dəbilqədə 

Hazırda oxunan: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır - Böyük Dəbilqədə 
60846
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycanın daha 5 cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Bizim.Media-nın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədli Mehdiyev 1/8 final mərhələsində Nadav Zuratla (İsrail) üz-üzə gələcək.

Eyni çəkidəki Rüfət İsmayılov 1/16 finalda Uşangi Margiani (Gürcüstan) ilə görüşəcək. 

100 kq-da yarışan Zelim Kotsoyev 1/8 finalda Xanqal Adbatarla (Monqolustan), eyni çəkidəki Elmar Qasımov Robert Florentino (Dominikan Respublikası) ilə qarşılaşacaq. 

100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Onise Buqadzenin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO