Bakının Suraxanı rayonunda yerləşən 87 nömrəli orta məktəbdə dərslərin müvəqqəti olaraq dayandırıldığı iddia olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Oxu.az-a müraciət daxil olub.
İddialara görə, məktəbin 7-ci sinif şagirdi rus dili müəllimini öldürəcəyi ilə bağlı hədə səsləndirib. Hadisədən sonra təhlükəsizlik tədbirləri çərçivəsində təhsil ocağının bir neçə gün bağlı qalacağı bildirilib.
Həmin tədris müəssisəsindən bildirilib ki, 18 aprel 2026-cı il tarixində axşam saatlarında sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.
"Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Bu səbəbdən 20 və 21 aprel 2026-cı il tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir.
Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır", - deyə məlumatda bildirilir.
Bizim.Media






























































































