Şəhid atası vəfat etdi – FOTO

Şəhid atası vəfat etdi – FOTO

Hazırda oxunan: Şəhid atası vəfat etdi – FOTO

608403

Vətən müharibəsi şəhidi, kapitan İlkin Nəcəfovun atası Misirxan Nəcəfov vəfat edib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, o, yaşadığı Salyan rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, İ.Nəcəfov 1989-cu ildə Salyanın Şikarlı kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdikdən sonra zabit kimi xidmət edib.

2020-ci il oktyabrın 16-da Hadrut istiqamətində gedən döyüşlərdə yaralanmış əsgərini döyüş meydanından çıxararkən qəhrəmancasına şəhid olub.

“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO