Sumqayıtda işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə TƏYİNAT

Sumqayıtda işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə TƏYİNAT

Hazırda oxunan: Sumqayıtda işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə TƏYİNAT

608328

Sumqayıt Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

Bizim.Media “konkret.az”a istinadla xəbər verir ki, şəhərin yeni baş memarı vəzifəsinə Fərid Məzahir oğlu Ərşadlı gətirilib.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Rəşad Əhmədəliyev çalışıb.
 

Xatırladaq ki, Rəşad Əhmədəliyevin işdən çıxarılmasına səbəb fəaliyyətində yol verdiyi ciddi nöqsanlar olub. İddialara görə, sabiq baş memar şəhid ailələrini, qaziləri və digər sakinləri qəbul etməkdən yayınıb, onların müraciətlərinə laqeyd yanaşıb.


Həmçinin, onun şəhərdə qeyri-qanuni tikintilərin aparılmasına şərait yaratması ilə bağlı şikayətlər olub.

Bundan əlavə, mediada Rəşad Əhmədəliyevin çoxsaylı mülkləri və bahalı avtomobilləri barədə məlumatlar yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO