Daha bir qurum “ASAN müraciət” informasiya sisteminə İNTEQRASİYA OLUNDU

Daha bir qurum “ASAN müraciət” informasiya sisteminə İNTEQRASİYA OLUNDU

Hazırda oxunan: Daha bir qurum “ASAN müraciət” informasiya sisteminə İNTEQRASİYA OLUNDU

608253

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi də “ASAN müraciət” informasiya sisteminə inteqrasiya olunub. 

Bununla bağlı Bizim.Media-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
 

Bununla da sistemin iştirakçı qurumlarının sayı 100-ə çatıb. Məlunatda bildirilir ki, bu mühüm mərhələ sistemin əhatə dairəsinin genişlənməsi və funksionallığının daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir.


Yeni inteqrasiya nəticəsində artıq “ASAN müraciət” informasiya sistemi vasitəsilə açıq məkanlarda yerləşdirilən reklamlarla bağlı da müraciətlər ünvanla bilinəcək.

İstifadəçilər aşağıdakı istiqamətlər üzrə müraciətlərini rahatlıqla təqdim edə bilərlər:

- Qanunsuz reklam yerləşdirilməsi;

- Qəzalı və təhlükəli reklam daşıyıcıları;

- Dil və məzmun pozuntuları;

- Müddəti bitmiş reklamlar;

- Səs-küy və işıq çirkliliyi;

- Estetik normaların pozulması.

Bu yenilik şəhər mühitinin daha təhlükəsiz, nizamlı və estetik baxımdan cəlbedici olmasına töhfə verir.

Vətəndaşlar “ASAN müraciət” informasiya sistemi vasitəsilə ictimai əhəmiyyət daşıyan problemlərlə bağlı müraciətlərini operativ şəkildə təqdim edə bilərlər. Daxil olan müraciətlər “ASAN müraciət” informasiya sisteminin əməkdaşları tərəfindən aidiyyəti qurumlara yönləndirilir.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO