Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu bu gün başa çatır.
Bizim.Media Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, sənəd qəbulu bu gün saat 11:00-da yekunlaşır.
Namizədlər qeyd edilən vaxta qədər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, namizədlər təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:42 / 20.04.2026
İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!
Hazırda oxunan: İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!
Hazırda oxunan: İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!
608160
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































