Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

Hazırda oxunan: Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
608097
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Uzun müddətdir təmir gözləyən yol əsaslı şəkildə yenidən quruldu. Ancaq bir müddət sonra yenidən bəzi hissələri təmir işləri üçün qazıldı və bərpa edilmədi.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər Gəncənin Gülüstan qəsəbəsi, Tofiq Bağırov küçəsindəndir.

Yoldan müntəzəm istifadə etmək məcburiyyətində olan sürücülər, xüsusən də ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olanlar vəziyyətlə bağlı daha çox narahatlıq keçirirlər.

Məsələ ilə əlaqədar Gəncə İcra Hakimiyyətindən bildirilib ki, sözügedən yol əsaslı şəkildə asfaltlanaraq təmir edilib.

Müəyyən yerlərdə aparılmış qazıntı işlərini isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həyata keçirdiyindən asfalt örtüyünün bərpası öhdəliyi də onların üzərinə düşür.

Bu qurumdan isə bildirilib ki, görülən işlərdən sonra həmin ünvanlardakı kiçikkvadratlı ərazilərin əvvəlki vəziyyətinə qaytarılması təmin olunacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO