Qubada şagirdlərin davasına valideynlər də qoşulub.
Bizim.Media xəbər verir ki, hadisə Birinci Nügədi kəndində qeydə alınıb.
Kənd sakini 30 yaşlı Muxtar Hadıyev (ad və soyad şərtidir) yaşadığı evin qarşısında zərərçəkən Fuadın (şərti adla) başına yumruqla zərbə vuraraq xəsarət yetirib.
Bu əməlinə görə Muxtar saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, övladını məktəbdən götürərkən uşağının ağladığını görüb. Səbəbini soruşanda uşaq sinif yoldaşının onu söydüyü deyib.
Muxtarın sözlərinə görə, yolda oğlunun sinif yoldaşını görərək əsəbi danışıb.
Axşam onun atası söhbət etmək üçün Muxtarın evinin qarşısına gəlib. Burada yaranan mübahisə zamanı Muxtar Fuadın başına yumruqla zərbə vurub.
Zərərçəkən şəxsin sözlərinə görə isə Muxtar onun oğlunu vurub və uşaq ağlayıb. Muxtarın evinin qarşısında ondan niyə belə etdiyini soruşanda təqsirləndirilən şəxs “yaxşı edirəm” deyib. Daha sonra Muxtar onu da vurub.
Zərərçəkən Fuad Muxtarla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Muxtar Hadıyev məsuliyyətdən azad olunub. (Lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:23 / 17.04.2026
Qubada oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
Hazırda oxunan: Qubada oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
Hazırda oxunan: Qubada oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
607769
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































