Sara Əzimovanın yerinə təyin edilən Rəmzi Tahirlinin DOSYESİ

Sara Əzimovanın yerinə təyin edilən Rəmzi Tahirlinin DOSYESİ

Hazırda oxunan: Sara Əzimovanın yerinə təyin edilən Rəmzi Tahirlinin DOSYESİ

607738

Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsinə Rəmzi Tahirli təyin olunub.

Bizim.Media Rəmzi Tahirlinin dosyesini təqdim edir:

1991-ci ildə Şahbuz rayonunda anadan olan Rəmzi Tahirli 2012-ci ildə Naxçıvan Özəl Universitetinin Filologiya istiqaməti üzrə Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirib.

Əmək fəaliyyətinə media sahəsində başlayan R.Tahirli 2013–2022-ci illərdə Naxçıvan Muxtar Respublikası “Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışıb.
 

2022-ci ildən etibarən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi kimi fəaliyyət göstərib. Son təyinatadək isə həmin nazirliyin mətbuat xidmətində çalışıb.


Peşəkar fəaliyyəti dövründə bir sıra mükafatlara layiq görülən R.Tahirli “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub.

O, həmçinin 21 iyul 2025-ci il tarixli sərəncama əsasən “Rəşadətli əməyə görə” nişanı ilə mükafatlandırılıb.

Ailəlidir, bir övladı var.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova vəzifəsindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO