Allahşükür Paşazadə Türkiyəyə BAŞSAĞLIĞI VERDİ

Allahşükür Paşazadə Türkiyəyə BAŞSAĞLIĞI VERDİ

Hazırda oxunan: Allahşükür Paşazadə Türkiyəyə BAŞSAĞLIĞI VERDİ
607523
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə QMİ məlumat

A.Paşazadənin Türkiyə Diyanət İşləri Başkanı Safi Arpaquşa ünvanladığı məktubda son günlərdə Şanlıurfa və Kahramanmaraşda müəllim və şagirdlərə qarşı törədilmiş qətl hadisələrinə diqqət çəkilib.

QMİ sədri hadisələrin Azərbaycan xalqının və şəxsinin kədərinə səbəb olduğunu vurğulayıb:
 

"Ümid edirəm ki, qardaş Türkiyədə mövcud olan əmin-amanlığa xələl gətirən bu kimi hadisələr bir daha təkrarlanmayacaq. Kədərinizi sizinlə bölüşür, həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına öz adımdan, Qafqaz və Azərbaycan müsəlmanları adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara Allahdan şəfalar diləyirəm".


Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı liseyə silahlı hücum zamanı 1 nəfər ölüb, 16 nəfə yaralanıb. Aprelin 15-də isə Kahramanmaraşda məktəbdə silahlı hücum zamanı 9 nəfər ölüb, 13 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO