Paytaxtın Yasamal rayonunda elektronika mağazalarının birindən 2900 manat dəyərində mobil telefon oğurlanıb.
Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı O.Burciyev saxlanılıb.
Araşdırmalarla məlum olub ki, o, satıcının başının qarışıq olmasından istifadə edərək əməli törədib. Saxlanılan şəxsin Nəsimi rayonu ərazisindəki mağazadan da 750 manat dəyərində qızıl-zinət əşyası talaması məlum olub.
Araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:39 / 16.04.2026
Bakıda mağazadan 2900 manatlıq telefon oğurlandı
Hazırda oxunan: Bakıda mağazadan 2900 manatlıq telefon oğurlandı
Hazırda oxunan: Bakıda mağazadan 2900 manatlıq telefon oğurlandı
607471
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































