“Evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim” - Video

“Evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim” - Video

Hazırda oxunan: “Evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim” - Video
605633
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məlum olduğu kimi, paytaxtın Keşlə qəsəbəsində kollektorun üzərində tikilən ev tamamilə sökülüb, xəttin bərpasına başlanılıb.

Bizim.Media “ATV”yə istinadla xəbər verir ki, sakin Səbuhi Məmmədov evi 13 il əvvəl alsa da, onun kollektorun üzərində tikilməsindən xəbərsiz olduğunu deyib:

“Mətbəxdə oturduğum vaxt gördüm ki, evin altında nəsə partladı. Baxdım ki, evin altı yoxdur. Bir tərəfdən su axır, bir tərəfdən də kollektor partlayıb. Evin bələdiyyə sənədi var, qeydiyyat ünvanımız buradır. Evi alanda heç kim bizə kollektorun üzərində inşa olunduğunu deməmişdi. Burada 2 ildən çoxdur ki, sızmalar olur”, - S.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, hazırda kompensasiya ilə bağlı danışıqlar gedir:

“Ola bilsin ki, qonşular da köçürüldü. Ondan sonra ümumi məlumat veriləcək”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev məsələ ilə bağlı bildirib ki, kommunikasiya xətlərinin ətrafında və üzərində inşa olunmuş yaşayış evlərinin söküntüsü zamanı həmin yaşayış evində vətəndaşın uzunmüddətli qeydiyyatı və digər kommunikasiyalardan istifadəsi varsa, bu zaman onun istifadə hüququ formalaşır və söküntü zamanı həmin əmlak qiymətləndirilərək mənzil sahiblərinə kompensasiyalar ödənilir.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO