Yağışın problem yaratdığı ərazilərdə sakinlərlə görüş - FOTO

Yağışın problem yaratdığı ərazilərdə sakinlərlə görüş - FOTO

Hazırda oxunan: Yağışın problem yaratdığı ərazilərdə sakinlərlə görüş - FOTO
605225
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya PHŞ-nin İdarə Heyətinin sədri Zakir Quliyev, aidiyyatı qurum rəhbərləri intensiv yağış səbəbindən problem yaranmış ərazilərə baxış keçirib, yağışın fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olub.

Bizim.Media xəbər verir ki, RİH başçısı fəaliyyətində qısamüddətli nasazlıqlar yaranmış 26 saylı mərkəzləşdirilmiş nasosxanada aparılan bərpa işləri ilə maraqlanıb.

Bildirilib ki, baş vermiş qəza aradan qaldırılıb və hazırda sözügedən nasosxana gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Abdin Fərzəliyev, o cümlədən Xırdalan şəhərində və Məmmədli kəndində bir neçə ünvanda su kütləsinin yığıldığı ərazilərə baş çəkib, sakinlərlə görüşərək onların problemləri ilə maraqlanıb.
 

Fəsadlarını daha tez zaman çərçivəsində aradan qaldırılması istiqmətində əlavə nasosların cəlb olunması və digər lazimi tədbirlərin təxirə salınmadan görülməsi istiqamətində göstərişlər verib.


Qeyd edək ki, hazırda rayonun subasmış ərazilərində yağışın fəsadlarının aradan qaldırılması istiqamətində Abşeron RİH, yerli bələdiyyələr, FHN-in və Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumları birgə fəaliyyət göstərməkdədir. (Report.az)

Yağışın problem yaratdığı ərazilərdə sakinlərlə görüş - FOTO - foto 1
Yağışın problem yaratdığı ərazilərdə sakinlərlə görüş - FOTO - foto 2
Yağışın problem yaratdığı ərazilərdə sakinlərlə görüş - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO