Bu gün DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı var

Bu gün DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı var

Hazırda oxunan: Bu gün DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı var
605167
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək.

Bizim.Media DİM-ə istinadən xəbər verir ki, imtahan vermək üçün 1 292 şagird qeydiyyatdan keçib.

İmtahan Bakı şəhərində təşkil olunacaq və saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn şagirdlər imtahana buraxılmayacaqlar.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gәtirmәlidirlər:

- Şəxsiyyət vəsiqəsi (vəsiqədə şəkli olmayan şagirdlər oxuduqları təhsil müəssisəsi tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir);

- İmtahana buraxılış vərəqəsi.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda şagird imtahana buraxılmır.

Test imtahanı aşağıda qeyd edilən fənlər üzrə Azərbaycan dilində aparılır:

- Azərbaycan dili;

- Riyaziyyat.

Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.

İmtahanın keçirilməsi üçün 5 bina ayrılıb. İmtahanın idarə olunmasına 14 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 120 nəzarətçi və 17 buraxılış rejimi əməkdaşı cəlb edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO