Bakıdan İstanbula gedən sərnişində 520 qram qızıl aşkarlandı - FOTO

Bakıdan İstanbula gedən sərnişində 520 qram qızıl aşkarlandı - FOTO

Hazırda oxunan: Bakıdan İstanbula gedən sərnişində 520 qram qızıl aşkarlandı - FOTO
0:00
0:00
60480
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları xeyli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etmədən ölkəyə keçirmə cəhdinin qarşısını alıblar.

Bizim.Media DGK-ya istinadən xəbər verir ki, Bakı-İstanbul aviareysinin sərnişini, Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sərhəddən qanunsuz yolla 457 min manatlıq "iPhone" keçirmək istədilər - FOTO 


Yoxlama zamanı vətəndaşın üzərində və qara rəngli əl çantasının içərisində gömrük nəzarətinə təqdim olunmayan, yazılı, elektron və şifahi formada bəyan edilməyən 8 ədəd sırğa-üzük dəsti, 4 ədəd sırğa-üzük-klon dəsti, 1 ədəd sırğa-üzük-klon-qolbaq dəsti, 6 cüt sırğa, 3 ədəd qolbaq, 2 ədəd üzük, 1 ədəd klon və 1 ədəd yaxa sancağı aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 520,53 qram olan 750/585 əyarlı qızıllardan hazırlanmış zərgərlik məmulatlarıdır.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media


Bakıdan İstanbula gedən sərnişində 520 qram qızıl aşkarlandı - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO