Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Hazırda oxunan: Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı
602573
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Rasim Balayevin Türkiyədə aparılan müalicəsi davam edir. Müalicə prosesi nisbətən ləng getsə də, artıq bərpa mərhələsində müsbət dinamika müşahidə olunur və sənətkarın səhhəti addım-addım yaxşılaşır”.

Bizim.Media xəbər verir ki, bu barədə Musavat.com-a açıqlamasında Əli İsa Cabbarov məlumat verib. 
 

O bildirib ki, Xalq artistinin Novruz bayramı ərəfəsində Azərbaycana gətirilməsi planlaşdırılmır. 
Onun sözlərinə görə, mövcud gedişat Rasim Balayevin martın sonu və ya aprelin əvvəllərində Bakıya qayıdacağını göstərir.


Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədri olan Rasim Balayev bir neçə həftə əvvəl hava ambulansı ilə Türkiyəyə aparılıb və hazırda müalicəsi orada davam etdirilir.

O, bir müddət əvvəl səhhətində yaranan problem səbəbindən cərrahi əməliyyat keçirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO