Xocalıda bayram konserti keçirildi - FOTO

Xocalıda bayram konserti keçirildi - FOTO

Hazırda oxunan: Xocalıda bayram konserti keçirildi - FOTO
602461
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 19-da Xocalı şəhərində Novruz və Ramazan bayramları münasibətilə konsert şənliyi keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, şəhərin mərkəzi parkında təşkil olunan bayram tədbirində Xocalı şəhərinə, eləcə də rayonun kəndlərinə köç edən sakinlər böyük coşqu ilə iştirak ediblər.
 

Bayram ab-havası ilə zəngin olan tədbirdə yerli sənətçilər tərəfindən musiqilər ifa olunub. Konsert proqramı çərçivəsində şagirdlər də səhnəyə çıxaraq, rəngarəng çıxışlar nümayiş etdiriblər. Onların təqdim etdiyi səhnəciklər və milli ruhda ifalar tədbirə xüsusi rəng qatıb.


Milli adət-ənənələrə uyğun şəkildə təşkil olunan bayram şənliyində səməni qurulub, Novruzun rəmzləri nümayiş etdirilib. Birlik və həmrəylik ovqatının hiss olunduğu tədbir, iştirakçılarda doğma yurda qayıdışın sevincini daha da artırıb.

Qeyd edək ki, bayram tədbiri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil olunub.

Xocalıda bayram konserti keçirildi - FOTO - foto 1
Xocalıda bayram konserti keçirildi - FOTO - foto 2
Xocalıda bayram konserti keçirildi - FOTO - foto 3
Xocalıda bayram konserti keçirildi - FOTO - foto 4
Xocalıda bayram konserti keçirildi - FOTO - foto 5
Xocalıda bayram konserti keçirildi - FOTO - foto 6
Xocalıda bayram konserti keçirildi - FOTO - foto 7
Xocalıda bayram konserti keçirildi - FOTO - foto 8
Xocalıda bayram konserti keçirildi - FOTO - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO