Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Hazırda oxunan: Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR
602244
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə bacılarına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirməkdə ittiham olunan Həsən Quliyevin cinayət işi üzrə hökm oxunub.

Bizim.Media xəbər verir ki, məhkəmə tərkibi saxlanılan Həsən Quliyevin 1 il 6 ay müddətinə şərti cəzaya məhkum edilməsi barədə hökm elan edib.

Xatırladaq ki, hadisə 5 oktyabr 2025-ci il tarixində səhər saatlarında Bakı şəhərinin Nərimanov rayonunda Həsən Quliyevin kirayə yaşadığı mənzildə baş verib.

Təqsirləndirilən şəxs mübahisə zəminində əvvəlcə bacısı Şəfiqəyə, daha sonra isə digər bacısı Ülviyyəyə bıçaqla hücum edib. İstintaq materiallarına görə, mübahisəyə səbəb H. Quliyevin bacılardan birinə "tik-tok" sosial şəbəkəsi vasitəsilə müxtəlif şəxslərlə əlaqə saxlaması səbəbindən şəxsi həyatı ilə bağlı iradları olub. Qarşılıqlı təhqirlərdən sonra vəziyyət gərginləşib və təqsirləndirilən şəxs mətbəxdən götürdüyü məişət təyinatlı bıçaqla bacılarına ardıcıl zərbələr endirib. Zərərçəkmişlərdən biri döş qəfəsindən aldığı zərbə nəticəsində ağciyəri zədələnib. 

Digər bacısının isə bədənində isə çoxsaylı kəsilmiş-deşilmiş yaralar qeydə alınıb. Ekspertiza rəyləri bu xəsarətlərin bir qisminin insan həyatı üçün təhlükəli olduğunu təsdiqləyib və əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi – qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO