Bakıda tanınmış həkimlərin adından dələduzluq edilib

Bakıda tanınmış həkimlərin adından dələduzluq edilib

Hazırda oxunan: Bakıda tanınmış həkimlərin adından dələduzluq edilib
601374
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda tanınmış həkimlər Arif Məmmədov və Cahid Şahbazov adından və fotosundan istifadə edilərək dələduzluq əməli törədilib.

Bizim.Media “Teleqraf.az”a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü R.A internetdən adıçəkilən həkimlərin fotosunu əldə edərək vatsapda profil şəkili qoyub və onların adından istifadə edərək tanışlarından pul alıb.

Təqsirləndirilən şəxs hər iki həkimin adından onların tanışı olan həkimlərə vatsapda yazaraq, müalicəyə ehtiyacı olan uşaqlara yardım kampaniyası keçirildiyini bildirib.

R.A Arif Məmmədovun tanışından bu üsulla 1000, Cahid Şahbazovun yaxınından isə 700 manat almağı bacarıb.
 

Təqsirləndirilən şəxs həkimlərə dəymiş maddi ziyanı ödəyib. “Konstitusiya və Suverenlik İli” münasibətilə onun barəsində amnistiya elan edilib və CM-nin 178.2.2-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.


Qeyd edək ki, R.A Vətən müharibəsi iştirakçısıdır və o, “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO