Türkiyəyə aparılan Rasim Balayevdən XƏBƏR VAR

Türkiyəyə aparılan Rasim Balayevdən XƏBƏR VAR

Hazırda oxunan: Türkiyəyə aparılan Rasim Balayevdən XƏBƏR VAR
598266
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gün öncə “Referans Medical Group”un hava ambulansı ilə Türkiyəyə aparılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin müalicəsi İstanbul Memorial Xəstəxanasında davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə pravda.az-a Əməkdar incəsənət xadimi Baba Vəziroğlu məlumat verib.

O deyib ki, həkimlər Rasim Balayevlə bağlı müsbət rəy veriblər:

“Deyirlər ki, hər şey yaxşı olacaq, müalicə effektini göstərəcək. Özü telefon istifadə etmir, həkim icazə vermir. Oğlu Ülvi ilə hər gün danışıram.
 

Bu günlərdə müalicəsini bitirib Bakıya qayıdacaq. Şükür, yaxşıdır. Artıq yeməyini yeyir. Çünki bir müddət yemək yemək, dərman qəbul etmək istəmirdi.


İndi yeməyini də yeyir, dərmanlarını da qəbul edir. Həkim deyir ki, elə buna görə də Rasim Balayev tezliklə sağalacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO