Bakıda sələmçini öldürənə AĞIR CƏZA verildi

Bakıda sələmçini öldürənə AĞIR CƏZA verildi

Hazırda oxunan: Bakıda sələmçini öldürənə AĞIR CƏZA verildi
597867
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda sələmçini xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media “apa.az” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elçin Vəliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
 

Xatırladaq ki, hadisə 2025-ci il sentyabrın 5-də Bakıda baş verib. İttihama görə, Elçin Vəliyev sələmçilik fəaliyyəti ilə məşğul olan Təravət Cəfərxanovanı 23 bıçaq zərbəsi ilə qətlə yetirib. Elçin Vəliyev Təravət Cəfərxanovadan sələmə götürdüyü külli miqdarda pulu geri qaytarmamaq üçün hadisəni törədib.


Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO