Kürdəmirdəki heyvan bazarı açıldı - FOTO/VİDEO

Kürdəmirdəki heyvan bazarı açıldı - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirdəki heyvan bazarı açıldı - FOTO/VİDEO
597464
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmir rayonunun Atakişili kəndində “Dafne Agro” MMC-yə məxsus heyvan satışı bazarının rekonstruksiyadan sonra fəaliyyətinə icazə verilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, bazar ərazisi asfaltlanıb, giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Xəstə heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar tikilib. Bazar ərazisində baytarlıq nəzarətinin təmin edilməsi məqsədilə baytar həkimin fəaliyyəti üçün nəzarət otağı yaradılıb.

Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.

Bundan əvvəl Beyləqan, Ağcabədi, Biləsuvar, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb. Hazırda Masallı, Xaçmaz, və Sabirabad heyvan bazarlarında intensiv təmir və rekonstruksiya işləri aparılır.

Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyi Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər.



Kürdəmirdəki heyvan bazarı açıldı - FOTO/VİDEO - foto 1
Kürdəmirdəki heyvan bazarı açıldı - FOTO/VİDEO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO