Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirildi – FOTO

Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirildi – FOTO

Hazırda oxunan: Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirildi – FOTO
597366
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

32 il əvvəl – Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab olunan Hacıyev Qılman Surxay oğlu Bərdə rayonunda dəfn edilib.

Bizim.Media xəbər verir ki, Bərdə rayonunun Kələntərli kəndində rayon sakinlərinin, şəhidin ailə üzvlərinin, Bərdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidlə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları kənd qəbirstanlığında dəfn edilib, ruhuna dualar oxunub.
 

Qeyd edək ki, 1972-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olan Q.Hacıyev Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1994-cü il fevralında Kəlbəcər rayonunun Yanşaq kəndində itkin düşmüşdü.


Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.

Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirildi – FOTO - foto 1
Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirildi – FOTO - foto 2
Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirildi – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO